Güclü təhsil sisteminə malik ölkələrdən biri də İspaniya Krallığıdır.
Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.
Fins.az AzEdu.az-a istinadən tələbatı nəzərə alaraq İspaniya təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:
-Hazırda Azərbaycan Tibb Universitetində təhsil alıram. İspaniyada təhsilimi davam etdirmək istəyirəm. Bilmək istərdim ki, bunun üçün nə etmək lazımdır?
-İspaniyada təhsil almaq üçün ilk növbədə İspan dilini öyrənməlisiz.
-İspaniyada psixologiya ixtisası üzrə magistr təhsili almaq istəyirəm. Orada təhsil almaq üçün nə qədər IELTS balı tələb olunur?
-İspaniyada İngilis dilində Psixologiya ixtisası üzrə magistr proqramı yoxdur. İngilis dilində psixologiya ixtisası üzrə magistr təhsilini Böyük Britaniyada oxuya bilərsiniz. İspaniya universitetlərində təhsil almaq üçün İELTS 6.5 tələb olunur.
-Hazırda Bakı Dövlət Universitetində filologiya fakültəsi üzrə təhsil alıram. İspaniya dövlət universitetlərində qiyabi oxuya bilərəm?
-İspaniyada dövlət universitetlərində qiyabi təhsil almaq olmur.
-Bakı Dövlət Universitetində regionşünaslıq fakültəsində oxuyuram. İspaniyada magistr səviyyəsində oxumaq üçün mütləq ispan dilini bilməliyəm?
-İspaniyada ingilis dilində də təhsil almaq üçün proqramlar var.
-İspaniya universitetində təhsil haqqı və tələbələrin aylıq yaşayış xərcləri nə qədərdir?
İspaniyanın özəl universitetlərində təhsil haqqı 12-20 min avro arasında dəyişir. Orada tələbələrin yaşayış xərci isə 700-1200 avro arasındadır.
Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.