Şimali Amerikada yerləşən Kanada dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrindən hesab olunur. Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır. Fins.az-ın məlumatına görə, AzEdu.az Kanadada təhsillə bağlı sual və cavabları təqdim edir. Sualları CELT xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırır.
-Təhsilin bakalavr səviyyəsini Azərbaycanda oxumuşam. Magistratura səviyyəsini Kanada da oxumaq istəyirəm. Bilmək istərdim ki, IELTS ortalama balım nə qədər olmalıdır?
-Kanada da təhsil almaq üçün IELTS ortalama balı 80+ olmalıdır.
-Hazırda ali məktəbə qəbul üçün hazırlaşıram. Ancaq Kanada da təhsil almaq istəyirəm. Bilmək istərdim ki, Kanada universitetlərində minimum təhsil haqqı nə qədərdir?
-Kanada universitetlərində təhsil haqqı 13.000dollardan başlayır.
-Bakı Dövlət Universitetinin Dünya İqtisadiyyatı ixtisasında oxuyuram. Kanadada ixtisasım üzrə magistr təhsili almaq istəyirəm. Orada oxumaq üçün hansı sənədlər lazımdır ?
-Beynəlxalq imtahan sertifikatı kimi IELTS və ya TOEFL lazımdır. Orada dünya iqtisadiyyatı üzrə magistr səviyyəsini oxumaq üçün təhsil haqqı 20.000 dollardan başlayır
-GDU-nun filologiya fakültəsində təhsil alıram. Təhsilimi başa vurduqdan sonra Kanadanın Toronto şəhərində ödənişsiz magistr səviyyəsində oxumaq istəyirəm. Bunun üçün nə etmək lazımdır?
-Kanadada ödənişsiz təhsil yoxdur. Orada universitetlərdə öz hesabınıza təhsil ala bilərsiniz. Bunun üçün IELTS imtahanı tələb olunur.
-Kanadanın Toronto və ya Ottava universitetlerinin birində təhsil almaq istəyirəm. Bilmək istərdim ki, qeyd etdiyim universitetlərdə rəssamlıq fakültəsi var?
-Kanadanın Toronto və Ottava universitetlərində Rəssamlıq fakültəsi var. Amma qəbul olmaq üçün IELTS və qabiliyyət imtahanı mütləqdir.
-48 yaşım var. Bilmək istərdim ki, Kanada universitetlərinə qəbul üçün yaş məhddudiyyəti var? Onu qeyd edim ki, ali təhsilim var.
-Xaricdə təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur.
-Kanadada aylıq yaşayış xərcləri nə qədərdir?
-Kanadada aylıq yaşayış xərcləri 1000-1500 dollar arasındadır.