04 Noyabr

Bakalavrların diqqətinə - Gözlədiyiniz jurnal gəlir

“Magistr ” jurnalının 1-ci nömrəsi sabah nəşr olunacaq. Fins.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi Magistratura sektorunun müdiri Məhəbbət Ələkbərli məlumat verib. Məlumatda qeyd olunur ki, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydalarına aid rəsmi sənədlər və metodiki materiallar dərc olunacaq. Jurnal iki dildə - Azərbaycan və rus dillərində çap olunacaq.

Qeyd edək ki, “Magistr ” jurnalının 2-ci nömrəsinin nəşri 1 həftədən sonraya planlaşdırılıb.

© AzEdu