04 Noyabr

Sabahdan məktəblərdə dərs başlayır

Respublika ərazisində altı günlük tədris sistemi olan məktəblərdə sabah dərslər keçiriləcək. Fins.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri 17-18 yanvar tarixlərinə aiddir. Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam etdiriləcək.

Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Müəllif: Elmir Murad