04 Noyabr

Xaricdə təhsil alanlara şad xəbər - İş var

Dövlət Gömrük Komitəsi Akademiyası (DGKA) xaricdə magistr və doktorantura təhsili alan tələbələrə müraciət edib. Fins.az xəbər verir ki, akademiyanın rəisi Qulu Novruzov DGKA-nın kadr potensialına xüsusi diqqət yetirdiyini deyib. Bildirib ki, akademiyada çalışan mütəxəssislərin bilik və bacarıqlarına üstünlük verilir. Bunun üçün də xaricdə magistr və doktorantura təhsili alan gənc tələbələrə müraciətlə bildiririk ki, DGKA bu şəxslərlə əməkdaşlıq etməkdə maraqlıdır.

© AZƏRTAC