Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında iştirak edən azərbaycanlı məktəblilər uğur qazanıb. Fins.az xəbər verir ki, 9-15 yanvar 2019-cu il tarixlərində keçirilən beynəlxalq olimpiadada iştirak edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri uğurla çıxış edib. Onlar 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş medal, həmin liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar.
© AzEdu