2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Fins.az xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, əvvəlki ilə nisbətən isə 53,6 faiz artım deməkdir. Bundan əlavə, ötən il 25 mindən çox müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.
© AzEdu