Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə (IX sinif) 99 nəfər iştirak edib. Fins.az BŞTHİ-yə istinadən xəbər verir ki, müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslərdən 68 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. Eyni zamanda, əvvəlki illərdə tam orta təhsilini (XI sinif) başa vura bilməyən şəxslər üçün keçirilən eksternat imtahanlarında 381 nəfər iştirak edib. Onlardan 334 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.