“Eko-təqdimatlar” layihəsində 5000-dən artıq şagird iştirak edib. Fins.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil edilib. 2018-ci ilin mart ayından etibarən 40-dan artıq ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib.
Qeyd edək ki, təqdimatlarda 5000-dən artıq şagird iştirak edib.
© AzEdu