Direktorların işə qabulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Fins.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-ci il ərzində 22 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
Qeyd edək ki, test imtahanı mərhələsində minimum 40% sualı cavablayan namizədlər müsahibədə iştirak hüququ qazanıblar. Müsahibə nəticəsində namizədlər təyinat alır və ya ehtiyat kadr siyahısına salınırlar. Ehtiyat siyahıda qalma müddəti isə 2 ildir. 2 il ərzində yaranan vakansiyalar həmin namizədlərə təqdim olunur.
© AzEdu