04 Noyabr

Çində təhsil almaq istəyənlərin nəzərinə!

Çinin JSU Prezident Təqaüd proqramlarına qeydiyyat başlayıb. Fins.az xəbər verir ki, təqaüdlər beynəlxalq tələbələr üçün nəzərdə tutulub. Tədris ingilis dilində Jiangsu Universitetində aparılır. Jiangsu Universiteti ÇXR-da qabaqcıl təhsil müəssisələrindən biridir.

Proqram bakalavr, magistratura və doktorantura dərəcələri üzrə nəzərdə tutulub.

PhD – tam təhsil haqqı və yerləşdirmə;

Magistr – 2,561 avro;

Bakalavr – 1,280 avro.

Yaş limiti:

Bakalavrlar 25-dən aşağı;

Magistrlar 30-dan aşağı;

Doktorlar 35-dən aşağı.

Tələblər:

Transkript;

Diplomun surəti;

İngilis dili sertifikatı;

Ailənin maliyyə vəziyyəti haqqında arayış;

2 tövsiyə məktubu (yalnız magistr və doktorantlar üçün).

Daha ətraflı məlumat, qeydiyyat və digər təqaüd proqramları üçün keçid linki:

http://oec.ujs.edu.cn/en/pages?cid=140id=103