04 Noyabr

Dövlət qulluğuna qəbul olmaq istəyənlər bunu mütləq oxuyun!

Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları bu tarixlərdə keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə imtahan yanvarın 26-da, B növü üzrə test imtahanı isə fevralın 17-də keçiriləcək. Qeyd edək ki, dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcəkdir.