04 Noyabr

Bu yaş uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib

Bu il beş yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Təhsil Nazirliyindən Fins.az-a bildirilib ki, ötən il bu göstərici 65, 2016-cı ildə isə 55 faiz olub. Bu göstəricinin 2020–ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.