Bakı Fond Birjası (BFB) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Fins.az xəbər verir ki, imzalanan sənəd tələbələrin təcrübəli kadr kimi yetişməsi məqsədi daşıyır. UNEC-in rektoru Ədalət Muradov bildirib ki, əməkdaşlıq çərçivəsində professor-müəllim heyəti və tələbələr kapital bazarları sahəsində təcrübə mübadiləsi aparacaqlar. Həmçinin qiymətli kağızlarla əlaqədar mövzular üzrə müzakirələr təşkil ediləcək.
Bakı Fond Birjası idarə heyətinin sədri Vüqar Namazov qeyd edib ki, birgə elmi tədqiqatların aparılması, kapital bazarı sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına dəstək göstəriləcək. Bununla yanaşı, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulmuş şirkətlərin ehtiyaclarına uyğun təlimlər keçiriləcək.