04 Noyabr

Azərbaycanın bu universitetində tələbələr maaş alacaq

13 dekabrda Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək. Fins.az xəbər verir ki, layihə çərçivəsində tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 31 rəhbər vəzifəni icra edəcəklər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqısını da alacaqlar. Xəlifələr həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdıracaq, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək.