14 dekabr 2018-ci il tarixində saat 10:30-da Azərbaycan Texniki Universitetinin (AzTU) İdman Sarayında I Karyera Sərgisi təşkil olunacaq. Fins.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə 70-ə yaxın şirkət və müəssisə iştirak edəcək.
Tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərgi, gələcək mühəndislərə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq şəraiti yaradacaq.