Təhsil Nazirliyi Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsində 2019-2020-ci tədris ili üzrə “The Alexandros Petersen Scholarship” adlı magistratura təqaüd proqramı elan edib. Nazirlikdən Fins.az-a verilən məlumata görə, təhsil müddəti 1 ildir. Qəbul münaqişə, təhlükəsizlik və inkişaf ixtisası üzrə aparılır. Tədris ingilis dilindədir. Təhsil haqqı və 1 illik yaşayış xərci dövlət tərəfindən qarşılanacaq. Son müraciət tarixi yanvarın 31-nə kimidir.
Qeyd edək ki, proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələrdə göstərildiyi kimi elektron qaydada həyata keçirilir.
Proqrama göstərilən link vasitəsilə müraciət edə bilərsiniz: https://www.kcl.ac.uk/sspp/departments/warstudies/study/scholarships/alexandros-petersen-scholarship.aspx