Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Fins.az "Report"a istinadən məlumat verir ki, Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.