Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Analiz və funksional analiz”, “Diferensial tənliklər”, “Dinamik sistemlər və optimal idarəetmə”, “Maye, qaz və plazma mexanikasi” ixtisaslarından fəlsəfə doktoru hazırlığı üzrə doktorantların və dissertantların minimum imtahanı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, müəssisədə imtahan komissiyası təşkil edilib, imtahan başa çatdıqdan dərhal sonra nəticələr elan olunub.
İmtahanda 10 nəfər iştirak edib.