04 Noyabr

IELTS və TOEFL hazırlığına dair 5 ipucu

Dünyanın bütün böyük ölkələrində keçərli olan və böyük qurumlar tərəfindən qəbul edilən bu iki imtahan, sizin ingiliscə səviyyənizi müəyyən edərək sizə öz sistemləri ilə bal verir. Həm TOEFL həm də İELTS imtahanları Reading(oxuma), Listening(dinləmə),Writing(yazma) və Speaking(danışıq) olaraq, 4 bölmədən ibarətdir. Müəyyən bir ingilis dili səviyyəsi istəyən hər qurumun tələb etdiyi TOEFL Və İELTS balları fərqli olur.

Əgər kariyeranız üçün və ya təhsil üçün bu imtahanları vermək qərarı almısınız lakin özünüzə güvənmirsinizsə aşağıda göstərilən bir neçə yolla özünüzü inkişaf etdirə bilərsiniz.

1- İngilis dilini gündəlik həyatınıza daxil edin.

Hər gün hər hansısa məşğuliyyətinizi ingiliscə edin, məsələn ; İngilis dilində film izləmək, kitab oxumaq və ya biri ilə ingiliscə danışmaq. Bu növ məşğuliyyətləri gündəlik həyatınıza daxil etsəniz, ingilis dilinizin fərqində olmadan inkişaf etdiyinu görəcəksiniz

2- Dünyadan aktual xəbərləri izləyin.

İELTS Və TOEFL sınavlarının writing bölmələrində əksər vaxtlarda aktual və ya dünyəvi hadisələr haqqında olur. Dünyada baş verən vacib bir hadisədən xəbərdar ola bilərsiniz, lakin bu xəbər haqqında bir məqalə yazmağa kifayət edəcək qədər məlumatınız və ya bu məqaləni ingiliscə yazmağa yetəcək qədər ingiliscə biliyiniz varmı?

3- Zəif nöqtənizi tapın.

İngilis dilində zəif olduğunuz nöqtələri tapın və həmin nöqtələri inkişaf etdirməyə çalışın. Misal olaraq, əgər ingiliscə listening mövzusunda zəifsinizsə, ingiliscə altyazısız filmlər izləyin. Və ya ingilis tv kanallarını izləyin, radiolar dinləyin.

4- Məntiqi düşünmə bacarığınızı inkişaf etdirin.

Həm reading həm listening bölmələrində variantlı suallardan boşluq doldurmaya qədər fərqli sual tipləri ilə qarşılaşa biləcəksiniz. Əgər zamanınız azdırsa və cavabı bilmirsinizsə təxmin edərək cavablamağa çalışın. Bu imtahanlarda səhv cavab düz cavabı aparmır. Buna görə sualları maksimum cavablamaq lazımdır.

5- Speaking bölməsi üçün praktika edin.

Bir çox ingiliscə speaking testində özünüzü təqdim etməyiniz tələb olunur. İmtahan zamanı səmimi olun. Bunun üçün özünüzə 2 dəqiqəlik bir təqdimat nitqi hazırlayın. Və müəllimlərinizdən feedbacklar alaraq, nitqinizi daha da təkmilləşdirin. Bu yollardan istifadə edərək, ingilis dilinizi rahatlıqla inkişaf etdirə bilərsiniz.