Çünki, hazırda ağıllı cəmiyyətlər gündən-günə qloballaşan dünyaya ayaq uydurduqca daha da güclənir və hətta gələcəyə yön verməyə başlayırlar. Sürətlə dəyişən dünyaya ayaq uydurmaq üçün isə hamımızın dayanmadan araşdırmalar etməsi lazım gəlir. Bunun üçün ən rahat və asan yol isə interneti düzgün istifadə etməkdən keçir.
Statistikalara əsasən internetin əsas dili məhz ingilis dilidir. Bu dil internetin 52 faizini təşkil edir. Ondan sonra gələn dil rus dilidir və cəmi internetin 7 faizini təşkil edir. Bu statistika onu göstərir ki, ingilis dili öyrənmək artıq üstünlük göstəricisi kimi yox vacib olmalı olan biliklərdəndir.
İnformasiya dövründə istədiyiniz məlumatı bir neçə saniyə ərzində əldə etmə imkanınız var. Bunun sizə gətirdiyi müsbət nəticələri təxmin edə bilərsiniz. Sevdiyiniz bir sahədə ixtisaslaşa, hobbilərinizi reallaşdıra və ya digər cəmiyyətlərdə yaşayan insanlarla məlumat alış-verişi reallaşdıra bilərsiniz. İnternet, ölkələr arasındakı sərhədi qaldırmağı bacarıb və onun ortaq dili ingilis dili hesab edilir. Bu dili bilmirsinizsə heyif ki, siz internetin böyük qismində nələrin baş verdiyini heç vaxt anlamayacaqsınız.
Oxford College Dil kursları olaraq ölkəmiz insanlarına özlərini reallaşdırma imkanı verir, qloballaşan dünyaya ayaq uydurmalarına yardımçı oluruq. Conversation clublar, xüsusi dərs metodları və birə-bir dialoqlar vasitəsilə sizin xarici dil biliyinizi maksimum inkişaf etdirməyə çalışırıq. Bu proses ixtisaslaşmış müəllimlərimiz üçün zövqlü prosesdir. Biz bilirik ki, tələbələrimiz də elə bizim kimi bu prosesdən zövq alır və dil biliklərini inkişaf etdirdikcə daha da həvəsli və enerjili olurlar.
Unutmayın ki, qarşınıza məqsəd qoyub onun arxasından gedən insanlar hər zaman uğur qazanırlar. Siz də öz gələcəyinizə investisiya edin və sərhədləri aşın. İngilis dili öyrənmək bu zaman dilimində sizə çox şey qatacaq.