04 Noyabr

Bakıda ən yaxşı dil kursunu necə seçək?

Xarici dil öyrənmək ilk növbədə qərarlı olmağı daha sonra isə yaxşı təhsil almağı tələb edir. Buna görə də seçdiyimiz kursa xüsusi diqqət yetirməliyik. Xarici dil kursunu seçərkən nəzərə alınacaq bəzi əsas xüsusiyyətlər var. Yaxşı nəticələr əldə etmək və hədəfə çatmaq üçün doğru dil kursunu seçərək müvəffəqiyətə bir neçə addım daha yaxınlaşa bilərik. Eyni zamanda ən yaxşı dil kursununu seçməyə çalışarkən tələbələri düzgün istiqamətləndirəcək və zamanı yaxşı idarə edərək hədəfə çatdıracaq dil kurslarına əhəmiyyət verməliyik. Dil kurslarına gedərkən dil öyrənə bilməyən bir çox insan var. Bunun səbəbi fərdi təhsil verilməməsidir. Buna görə də dərslər zamanı müəllimin hər bir tələbəyə fərdi yanaşması lazımdır. Seçdiyiniz dil kursundan nümunə dərslərdə oturmağı tələb edə bilərsiniz. Bu zaman dərsin gedişatı ilə daha yaxından tanış ola bilərsiniz.
Xarici dil kursunu seçmək üçün bəzi keyfiyyətlərə ehtiyacınız var:
 Peşəkar və təcrübəli müəllimlərin olması,
 Sizə uyğun fərdi təhsilin planlaşdırılması,
 Dərslərdə tələbə sayının çox olmaması,
 Müasir dil tədris metodlarının mövcudluğu,
 Yenilikçi materiallar və istifadə olunan üsullar,
 Testlər vasitəsi ilə öyrənmə səviyyəsinin müəyyənləşdirilməsi,
 Beynəlxalq standartlarda təhsil verməsi.
Xarici dil kurslarında kurs qiymətlərini və müxtəlif ödənişləri müəyyən edən bəzi amillər vardır. Xarici dil kurslarının qiyməti kurs müddəti, kurs materialları və kurs tələblərinə görə dəyişir. Dərslərin təcrübəli müəllimlər tərəfindən keçirilməsi də qiymətə təsir edir. Bir dil kursunu seçərkən ən yaxşı qiymətlərə diqqət etməlisiniz, lakin kursun keyfiyyətlərini də araşdırmalısınız.
Ucuz, lakin keyfiyyətsiz kursu seçərək xarici dil öyrənə bilməzsiniz. Həm pulunuz, həm də vaxtınızı boşuna sərf etmiş olarsınız. Bir dil kursunu seçərkən kursların təklif etdiyi bütün qiymətləri və imkanları müqayisə etmək ən yaxşısıdır. Bunu etməklə hansı kursun, hansı qiymətə , nələri təklif etdiyini öyrənərək sizə ən uyğun kursu seçə bilərsiniz.
Yaxşı bir dil kursu, mütəxəssis pedaqoji kadrı, innovasiyaya açıq olan dərs proqramı ilə, tələbələrlə qurduğu ünsiyyət ilə fərqlənir. Bunlar ölçülə bilən meyarlar deyil. Bir dil kursunu seçərkən, qiymətdən əvvəl göstərdiyimiz prioritetlərə diqqət yetirsəniz keyfiyyətli təhsil ala bilərsiniz.

Ünvan: Bakı şəhəri, AZ1065, Cəfər
Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 15-ci mərtəbə, Nizami M/S yaxınlığı.
Telefon: (+994 12) 497 18 37
Telefon: (+994 12) 505 77 95
Mobil: (+994 55) 205 09 95
Mobil: (+994 70) 220 02 81
Mobil: (+994 55) 718 22 72
Mobil: (+994 55) 202 85 20
Whatsapp (+994 55) 718 22 72