04 Noyabr

Bu ölkədə təhsil almaq çox asandır

Bənzərsiz bir mədəniyyətə, adət-ənənələrinə bağlı, dost canlısı və yeniliklərə açıq olan Litva xaricdə təhsil almaq istəyən tələbələrin diqqətini cəlb edən ölkələrdən biridir. Litva Şimali Avropada yerləşən üç baltik ölkəsindən biridir. 3,2 milyon əhalisi olan bu ölkənin ən böyük şəhəri paytaxt-Vilnus şəhəridir. Litva NATO, Avropa Şurası və Avropa birliyinə daxil olan ölkələr arasındadır və Şengen ölkələrinin bir üzvüdür.

Avropa Birliyinin ən sürətli böyüyən iqtisadiyyatına sahib olan Litva yaşayış xərcləri baxımından digər Avropa ölkələrindən daha münasibdir. Bu ölkədə vətəndaşlar formal olaraq 10 il təhsil alırlar və bu formal təhsil 16 yaşınadək başa çatır. Bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsili 3 il davam edir.

Həmçinin burada 2 illik özəl universitetlər də var. Ölkədə 36 universitet, 6 instut və 11 özel kollec var. Vilnius Universiteti Şimali Avropada ən qədim universitet , Kaunas Texnologiya Universiteti isə Baltikyanı ölkələrdə və Litvada ən böyük texniki universitetdir. 300-ə yaxın bakalavr və 200-ə yaxın magistr proqramı ilə xarici tələbələrə geniş seçim şansı verir. Bu proqramların 400-ə yaxını ingilis dilindədir. Bakalavr proqramlarından məzun olmaq üçün ixtisasa görə 180 və ya 240 ECTS krediti, magistr proqramlarından məzun olmaq üçün isə 90 və ya 120 ECTS krediti alınmalıdır.

Bakalavr proqramlarına müraciət üçün attestat , magistr proqramlarına müraciət etmək üçün isə universitet diplomu lazımıdır. Bununla yanaşı seçəcəyiniz ixtisas ingilis dilində tədris olunacaqsa sizdən ingilis dili biliyinizi təsdiq edəcək sənəd tələb oluna bilər. Qəbul prosesi adətən İyul ayında başlanır. Əlbəttə ki, vaxt aralıqları universitetlərə və ixtisasa görə dəyişə bilir. Xarici tələbələrə müəyyən güzəştlər və təqaüd imkanları yaradılır. Litvanın bir çox universitetlərində, tələbələrin kariyera planları, iş tapmaq və təcrübə keçirmələrinə kömək etmək üçün karyera mərkəzləri də var. Litva Respublikasının qanununa əsasən, bakalavr proqramına qəbul edilən tələbələr ikinci ildən həftədə 20 saat işləyə bilərlər. Litvada təhsillə bağlı geniş məlumat üçün bizə müraciət edə bilərsiniz!