Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayıb.
Fins.az xəbər verir ki, tətil noyabrın 21-dək davam edəcək.
Eləcə də bax: Buraxılış və qəbul imtahanları ilə bağlı abituriyentləri çox narahat edən suallar – Cavablar
Tədris ilinin 5 günlük qış tətili isə 2019-cu ilin yanvarın 27-dən 31-dək olacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.