Bakı Avrasiya Universitetinin elə təhsil ocağının nəznində kolleci fəaliyyətə başlayıb. Fins.az Vergilər qəzetinə istinadən xəbər verir ki, kollecin nizamnamə kapitalı 4 min manatdır. MMC-nin qanuni təmsilçisi Hüseynova Aytən Nazim qızıdır.
Bakı Avrasiya Universitetindən Fins.az-a verilən məlumata görə, kollecdə əsasən maliyyə və turizm sahəsində ixtisaslar olacaq. Təhsil haqqlarına gəlincə isə hələlik qiymətlərin dəqiqləşdirilmədiyi bildirildi.
Məlumat üçün bildirək ki, Bakı Avrasiya Universiteti 1992-ci il, aprelin 30-da Ali Diplomatiya Kolleci adı ilə fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilib.
Müəllif: Xeybər Heydərov