04 Noyabr

6 azərbaycanlı bu proqram ilə Amerikada təhsil almaq şansı qazandı

Amerikada təhsil üçün müraciət edən 80 azərbaycanlıdan 6-ı seçilib.

Fins.az xəbər verir ki, gənclər “Fulbright” proqramı əsasında qəbul olunublar.

Bu proqram Azərbaycan gəncləri üçün ABŞ universitetlərində magistr təhsili almağa imkan yaradır.

Qeyd edək ki, 2019-2020 il üçün “Fulbright” proqramına 80 nəfər müraciət edib və onlardan 27-si müsahibəyə dəvət alıb. Nəticədə 6 nəfər ABŞ-da təhsil almaq şansı qazanıb.

©AzEdu.az