04 Noyabr

8 addımda BİZNES MASTER - Babək Bayramovun təqdimatında

8 addımda BİZNES MASTER Babək Bayramovun təqdimatında

Rəqabət olmasaydı strategiyaya ehtiyac qalmazdı

1. Biznes və beyin münasibətləri

Biznes beyində başlayır. İş fikrinin yaradılması, əngəllərin aşılması, personalın məhsularlığının artırılması hər zaman effektiv zehni strategiyalar tələb edir. Bu seminarda beynin reaksiya vermə şəkli və onun iş dünyasında qarşılaşacağı prosseslərlə münasibəti açıqlanır. Yüksək fərqindəlik və dərin kəşfə yönəlmə mərhələsidir.

2. Kreativ düşüncə

İnnovativ, yenilikçi düşünməsəniz, hər zaman etdiklərinizi etsəniz, bir müddət sonra etdiklərinizin daha işə yaramadığını fərq edə bilərsiniz. İnnovasiyalar üçün yaradıcı düşünmə vacibdir. Bu seminarda prosseslərə yaradıcı yanaşma strategiyaları təqdim olunur. Yaradıcı düşüncə üzərində praktiki çalışmalar aparılacaq.

3. Psixoloji güc

Biznesdə uğurlu olmaq üçün gücə və enerjiyə ehtiyacınız var. İstənilən şərtlər daxilində lazımi əhvala qovuşmağınızın effektiv yollarını bu seminarda əldə edəcəksiniz. Ən məhsuldar ruh halına qovuşmağınıza mane olan qorxu və stressi ortadan qaldırmağı öyrənəcəksiniz.

4. Liderlik

Effektiv qərar vermə strategiyaları liderləri lider edən şeydir. Liderlərin xarizmanın sehrli gücünə, əminlik və güclü inanc modellərinə ehtiyacı var. Limitləri qırmağı bacarmaq çox asandır, sadəcə nəyi necə edəcəyinizi bilməlisiniz. Bu seminarda eyni zamanda fərdi və təşkilati bütövlüyün əsas prinsiplərini əldə edəcəksiniz.

5. Zamanın idarə edilməsi
Zamanımız ən vacib resurslarımızdan biridir. Əslində zamanın idarə olunması, elə həyatın idarə olunmasıdır, çünki zaman həyatın özüdür. Əsas zaman oğrularını fərq edəcək, effektiv zaman idarəetməsinin sirlərini öyrənəcəksiniz. Davranışlarınızla zamanın əlaqəsini kəşf edərək daha az zamanda daha çox məhsuldar olmağın yollarını bu seminar təqdim edir.

6. Satış və müzakirələr

İstənilən biznes fəaliyyətinin məqsədi satışdır. Dünyanın ən gözəl və faydalı məhsullarını istehsal etsəniz də, satışı bacarmasanız biznesiniz iflas edər. Satışlarınızı 2-3 dəfə və ya daha çox artıqmaq istəyirsinizsə, effektiv ünsiyyət modellərinə ehtiyacınız var. Bu seminarda bağ qurmanın prinsipləri, hipnotik dil qəlibləri və effektiv bədən dili üzərində çalışmalar aparılacaq. Şirin dil ilanıda yuvasından çıxarar, əgər ilanın anlayacağı dildə danışırsınızsa.

7. Maliyyə zəkası

Pulla bağlı məhdudlaşdırıcı inancların aradan qaldırılması və zehninizdəki zənginlik limitinin dəyişdirilməsi, daha çox varlanmağın yollarını açar.Bolluq və zənginlik zehniyyətini mənimsəmək üçün bu seminardan faydalana bilərsiniz.

8. Təqdimat.

Kütlə önündə çıxış və inandırma bacarıqlarını təqdim edən bu seminarda iştirak etməklə natiqlik bacarıqlarınızı dəfələrlə təkmilləşdirə bilərsiniz. Lazımi özgüvəni əldə etmək, danışıq nitqini hazırlamaq, kütləni ələ almaq bir biznes ustasında ən çox arzulanan bacarıqlardır.

Bu təlimə kimlər qoşula bilər :
- SAHİBKARLAR
- RƏHBƏRLƏR VƏ TOP-MENECERLƏR
- ÖZ BİZNESİNİ YARATMAQ İSTƏYƏNLƏR

İştirak məhdudiyyəti: Maksimum 15 nəfər.

Qeyd: Təlimə bütün tədris ləvazimatları və materialları daxildir. Breyk servisi təmin edilir.

Təlim həftənin çərşənbə axşamı , cümə günləri saat 19:00 - 22:00 qədər davam edəcək

Təlimin başlama vaxtı: 11.09.2018, saat 19:00
Son qeydiyyat tarixi :11.09.2018, saat 18:50

Təlimçi Babək Bayramov

Beynəlxalq Treninq Təşkilatı olan “Mind Training İnstitute” (MTI)da akkreditasiya olunmuş imtiyazlı təlimçi
NLP Master Trainer (MTI - Mind Training İnstitute),
TV Presenter,
Fərdi İnkiaş Ustadı,
Master Certified Coach (ICF, MTI, AC),
Usui Reiki Master Teatcher,
Emotional Freedom Technique - EFT Advanced Master (MTI),
Business Life Coach/Trainer,
MOTIVATION SPEAKER
Sales Coach (MTI),
Student Coach (MTI),
Life Strategist,
Author

Qeydiyat və məlumat üçün ︰
012 409 25 82
055 342 30 43 (WhatsApp var)
055 334-45-92

Ünvan: Bakı şəhəri.Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 18 (Metronun