Headstart International Sizləri “Mükafatlandırma strategiyasının uğurlu tətbiqi, məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması” mövzusunda Master Classa dəvət edir.
Master Classın məqsədi təşkilatlarda məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması üzrə iştirakçılara nəzəri və praktiki bilik-bacarıqların ötürülməsi, həmçinin qabaqcıl təcrübədə istifadə olunan metodologiya və yanaşmaların öyrədilməsidir.
Master Classın sonunda iştirakçılar aşağıdakı mövzular üzrə nəzəri biliklər və praktiki vərdişlər əldə edəcəklər:
�Məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması;
�Mükafatlandırma strategiyası və əsas mükafatlandırma prinsipləri;
�Mükafatlandırma siyasətləri;
�Məvacib strukturunun modelləri (dar pilləli (narrow-graded) model, geniş pilləli (broad-graded) model, geniş bağlı (broad-banded) model, karyera ailəsi (career family) modeli, iş ailəsi (job family) modeli);
�Məvacib dərəcəsinin müəyyən edilməsi üçün istifadə olunan əmsallar;
�Məvacib strukturunun analitik komponentləri;
�Əmək bazarının araşdırılması;
�Struktur bölmələrin məvacib strukturu üzrə təsnifatı;
�HAY metodologiyası;
�Ranking metodologiyası;
�Struktur bölmələr üzrə məvacib dərəcələrinin müəyyən edilməsi;
�İşçilərin qiymətləndirilməsi və məvacib strukturuna yerləşdirilməsi;
� DETALLAR
Keçirilmə tarixi: 24.06.2018
Müddəti: 8 saat
* Master Class 1 günlük nəzərdə tutulub.
* Ödənişə nahar və kofe fasiləsi daxildir.
�Təlimçi: İlkin Zeynallı (CIMA Ad Dip MA, Georgia State University)
İlkin Zeynallı 2005-ci ildə iqtisadiyyat və idarəetmə sahəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr dərəcəsini fərqlənmə diplomu ilə, 2007-ci ildə Georgia State University (USA, Atlanta) ilə həmin universitetin birgə layihəsi çərçivəsində biznesin təşkili və idarə edilməsi üzrə MBA dərəcəsini fərqlənmə diplomu ilə, 2008-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunda doktorantura təhsilini, 2011-ci ildə isə idarəetmə uçotu üzrə beynəlxalq ixtisaslaşma dərəcəsini (CIMA Ad Dip MA, distinctive pass) almışdır.
İlkin Zeynallı 4 ilə yaxın bir müddətdə neft-qaz sektorunda müxtəlif layihələrdə insan resurslarının idarə edilməsi sahəsində, 10 ilə yaxın bir müddətdə isə bank sektorunda inzibati idarəetmə və insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə çalışmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetində tədris fəaliyyəti ilə də məşğul olan İlkin Zeynallı hal-hazırda ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışır.