04 Noyabr

Məqsədin gücü

Məqsəd insan fəaliyyətinin əsas təkan verici qüvvəsi kimi çıxış edir. Buna görə də, www.readit.az saytı olaraq sizə bu mövzuda bir məqalə təqdim edirik. Qeyd etmək istəyirik ki, məqaləmiz tərəfindən yazılmış “Məqsəd” (The Goal) kitabı əsasında hazırlanıb və kitabın qısa məzmununu saytımızdan əldə edib oxuya bilərsiniz. Kitab Azərbaycan dilinə ilk dəfədir ki, tərcümə edilir.

“Məqsəd: Davamlıinkişafprosesi” kitabıQoldratınənməşhurkitabıdırvəbiznesromanjanrındayazılmışdır. Kitabdadavamlıinkişaf, keyfiyyətinidarəolunması, məhdudiyyətlərnəzəriyyəsi, darboğazkimimüasiranlayışlardanistifadəolunur. Proseslərinidarəedilməsindəiştirakedənmenecerlərüçünmütləqoxunulasıkitabdır.

Kitabda müflisləşməkdə olan bir fabrikin istehsal müdiri Aleks Roqonun fabrikdə və ailəsində yaşadığı problemlər və həmin problemlərin həlli ilə bağlı fəaliyyətlər təsvir olunur. Bu problemlərin həllində Məhdudiyyətlər Nəzəriyyəsi, Davamlı İnkişafMetodu və yaxşılaşdırma müddətində faydalı olan 5 mərhələli bir modeldən istifadə olunur. Eyni zamanda, kitab rəhbərlərin biznesin məqsədinin nə olmasına qərar vermə prosesində onlara yol göstərir.

Yeri gəlmişkən, əgər siz biznesinizi inkişaf etdirmək istəyirsənizsə, bu kitabların qısa məzmunu sizin üçün faydalı olacaq = >Kitablar

Müəlliflər göstərir ki, müəssisələr biznesin bütün mərhələlərini bir problemin həllinə nail olmaq üçün istiqamətləndirdikdə digər işlərin axsaması kimi böhran nöqtələri ilə qarşılaşa bilərlər. Bu nöqtədə böyük miqyasda istehsal qeyri-mümkün olur və xərclər artır. Bu səbəblə kitabda tək bir problem üçün müəssisənin resurslarının böyük bir qisminin həmin nöqtəyə yönəldilməsinin düzgün bir üsul olmadığına diqqət çəkilmişdir.

Müəlliflər kitabda aşağıdakı anlayışlardan bəhs edir və onları ətraflışəkildə, nümunələrlə şərh edir:

- Axınsistemin satış vasitəsilə yaratdığı gəlirdir. Əgər hər hansı bir şey istehsal edir, ancaq onu sata bilmirsinizsə, axın yarada bilməzsiniz.

- Mal-material ehtiyatlarısistemin satmaq üçün aldığı şeylərə xərclədiyi pulun məbləğidir.

- Əməliyyat xərcləri inventarın (ehtiyatların) axına çevrilməsinə imkan verən pulun məbləğidir.

Araşdırmalar nəticəsində aşağıdakı model formalaşdırılır və oxuculara təklif edilir:

1. Sistemdəki darboğazları müəyyənləşdirin;

2. Darboğazlardan necə istifadə edəcəyinizə qərar verin;

3. Hər şeyi yuxarıdakı sistemə uyğunlaşdırın;

4. Sistem darboğazlarının səmərəliliyini artırın;

5. Əvvəlki addımların hər hansı birindədarboğaz yaranarsa, ilk addıma qayıdın.

Həmçinin, kitabda Məhdudiyyətlər Nəzəriyyəsi adlı nəzəriyyədən bəhs edən müəlliflər qeyd edir ki, məhdudiyyətlər nəzəriyyəsi müəssisələrin davamlı inkişaf prosesi baxımından istiqamətləndirici bir üsuldur. Məhdudiyyətlərin idarə olunması vasitəsilə davamlı inkişafa yönəlmiş bir model hazırlanır və bu da biznesdə yarana biləcək problemlərin həllinə mühüm töhfə verir.

Müəlliflərsonda həqiqi rəhbərin aşağıdakı suallara cavab verməli olduğunu bildirirlər:

- Nəyi dəyişəcəyik?

- Nə ilə dəyişəcəyik?

- Dəyişikliyi necə həyata keçirəcəyik?