Fins.az "Oxu zalı" rubrikası çərçivəsində mütəmadi olaraq Bakıda satışda olan biznes ədəbiyyatını təqdim edir:
Kitabın adı: "Reklamçının etirafları"
Janr: Biznes
Müəllif: Devid Oqilvi
Nəşriyyat: Qanun
Cild: yumşaq
Qiymət: 5,49 AZN
Mağaza: “Ali və Nino”
Annotasiya: “Reklamın atası” hesab olunan Deviq Oqilvi 37 yaşında öz reklam agentliyinin əsasını qoymuşdur. Sonralar bu agentlik indi “Ogilvy Mather” kimi tanınan beynəlxalq reklam şirkətinə çevrilmişdir.
Reklama reklam agentliyinin gözü ilə baxan bu kitab Oqilvinin təcrübəsinə əsaslanan konseptlər, taktikalar və texnologiyalardan, həmçinin insanların hansı reklamlara nə cür reaksiya verdiyi barədə araşdırmalardan bəhs edir.
Reklamçısınızsa, Oqilvinin bu ilk əsəri təcrübənizə təcrübə qatacaq, yox əgər reklamı yalnız media vasitələrindən izləyənlərdənsinizsə, kitab sizi reklamın iç dünyasına aparacaq və onun necə hazırlandığını göstərəcək.
“Reklamçının etirafları” reklam sahəsində işləyənlər, işləmək istəyənlər, reklamla maraqlananlar üçün elmi-praktiki vəsaitdir. Biznesin hər hansı bir sahəsində uğur qazanmaq istəyən kəs bu kitabı öz “mütləq oxunmalı kitablar” siyahısına salmalıdır.