Fins.az "Oxu zalı" rubrikası çərçivəsində mütəmadi olaraq Bakıda satışda olan biznes ədəbiyyatını təqdim edir:
Kitabın adı: "Nikbinliyin gücü"
Janr: Biznes
Müəllif: Tom Rath And Donald O. Clifton
Nəşriyyat: Qanun
Cild: yumşaq
Qiymət: 4,99 AZN
Mağaza: “Ali və Nino”
Annotasiya: Dünya obyektiv reallıq kimi mövcud deyildir. O bizim ona bəslədiyimiz münasibətdən asılı olaraq gözəl və ya eybəcər ola bilir. Kitabın müəllifləri həyatda çox böyük çətinliklərlə üzləşiblər, lakin onlar nikbinlik və ruh yüksəkliklərini saxlayıblar, uzun və xoşbəxt ömür sürüblər.
Real həyatda optimist insan istənilən vəziyyətdə yaxşı nəsə axtarır. İşdə və dostlarınızla münasibətdə pozitiv əhval-ruhiyyədə olmağınız, eyni zamanda nikahınızı möhkəmləndirə və öz doğma uşaqlarınızın arasında nüfuzunuzu qaldıra bilər. Tom Rat və Don Kliftonun kitabında istənilən həyat şəraitində pozitiv emosiyalar yaşamağınıza kömək edən beş strategiyadan bəhs edilir. Emosiyaların sizin həyatınıza və sağlamlığımıza nə dərəcədə ciddi təsir etməsini bilmək istəyirsinizsə, bu kitabı oxuyun. Çoxsaylı tədqiqatlar göstərir ki, pozitiv köklənmiş insanlar daha uzun ömür sürürlər. Bu kitab da sizə həyata pozitiv münasibət bəsləməyə kömək edəcək.
Kitab geniş auditoriya üçün nəzərdə tutulub.