Fins.az "Oxu zalı" rubrikası çərçivəsində mütəmadi olaraq Bakıda satışda olan biznes ədəbiyyatını təqdim edir:
Kitabın adı: "Necə böyük rəhbər olmalı"
Janr: Biznes
Müəllif: Jeffrey J. Fox
Nəşriyyat: Qanun
Cild: yumşaq
Qiymət: 3,99 AZN
Mağaza: “Ali və Nino”
Annotasiya: Bizim zamanda şirkət yalnız o vaxt gəlirlə işləyəcək ki, onda əməkdaşlıq ruhu hökm sürsün, rəhbər vəzifələri dəqiq müəyyənləşdirsin, hər bir əməkdaş isə öz iş yerində şirkətin uğurunun qeydinə qalsın. Ona görə də rəhbərlərin öz ətraflarına istedadlı əməkdaşları toplaması həmişə çox mühümdür. C.C.Foksun kitabı bu çətin vəzifəni yerinə yetirmək üçün sınanmış və qeyri-standart tövsiyələrdən ibarətdir. Tövsiyələr müəllifin və bir sıra Amerika şirkətlərinin aparıcı top-menecerlərinin real təcrübələrinə əsaslanmışdır və yüksək səviyyədə praktiki əhəmiyyət kəsb edirlər.
Kitab həm hazırda fəaliyyət göstərən rəhbərlər, həm də vəzifə tutmağa çalışanlar və gələcəkdə böyük rəhbər olmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.