Fins.az "Oxu zalı" rubrikası çərçivəsində mütəmadi olaraq Bakıda satışda olan biznes ədəbiyyatını təqdim edir:
Kitabın adı: "Varlı ata, Kasıb ata"
Janr: Biznes
Müəllif: Robert T. Kiyosaki, Sharon L. Lechter RIch Dad, Poor Dad
Nəşriyyat: Qanun
Cild: yumşaq
Qiymət: 5 AZN
Mağaza: “Ali və Nino”
Annotasiya: Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər. Kitabdan çıxan başlıca nəticə odur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyini, əlində olan vəsaiti düzgün paylaşdırmaq, səmərəli istifadə etməkdir. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir. Söz yox ki, “Varlı ata, kasıb ata” kitabı öz həyatını firavanlıq içərisində keçirmək, var-dövlət toplamaq istəyənlər üçün faydalı kitabdır.