Fins.az "Oxu zalı" rubrikası çərçivəsində mütəmadi olaraq Bakıda satışda olan biznes ədəbiyyatını təqdim edir:
Kitabın adı: “Zənginliyin açarı”
Janr: Biznes
Müəllif: Napoleon Hill
Nəşriyyat: Qanun
Cild: yumşaq
Qiymət: 5,99 AZN
Mağaza: “Ali və Nino”
Annotasiya: Siz yalnız pulla əldə edilən maddi rifaha can atırsınız. Çünki öz istedad və bacarığınızdan faydalanaraq həyatın təqdim etdiyi naz-nemətlərdən maksimum dərəcədə həzz almaq istəyirsiniz. Bu, zənginliyə doğru uzanan yollardan yalnız biridir və ona, son məqsədə ancaq bircə şərtlə nail olmaq mümkündür – siz zənginliyə doğru aparan yolun açarını tapmalısınız. Napoleon Hill zənginliyin əldə edilməsi üçün universal açarı təqdim edir. Bu açarı o özü kəşf edib. Onun fövqəladə mexanizmi cazibədar dünya qarşısındakı qapıları üzünüzə taybatay açacaq. Bu kitabı oxumaqla həmin sehrli açarı əldə edəcəksiniz.