İş adamları və menecerlər üçün yenilik! Fins.az mütəmadi olaraq Bakıda satışda olan biznes ədəbiyyatını təqdim edir.
Kitabın adı: Marketinqdə 10 Ölümcül Qüsur
Janr: Biznes
Müəllif: Filip Kotler
Nəşriyyat: “Qanun”
Cild: yumşaq
Qiymət: 4.99 AZN
Mağaza: “Ali və Nino”
Annotasiya: Marketinqin vəzifəsi şirkətin biznes strategiyasını idarə etmək, yəni bazarda uğur gətirəcək planlar işləyib hazırlamaq və reallaşdırmaqdır. Filip Kotler marketoloqların tez-tez buraxdığı on tipik səhvi analiz edir və onlardan necə qaçmaq, şirkətin uğurlu inkişafını necə təmin etmək barədə məsləhətlər verir. Kitab menecerlərə və şirkət sahiblərinə, marketinq sahəsindəki mütəxəssislərə, ali məktəb tələbələrinə, həmçinin öz biznesini açmağı planlaşdıran şəxslərə ünvanlanmışdır.