04 Noyabr

Operator vəzifəsinə işçi axtarılır - VAKANSİYA

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Operator

Tələblər:

• Ali təhsilli
• Azərbaycan dilini səlis bilməli, Rus dilini bilməsi arzu olunandır
• Kompyuter proqramlarından istifadə bacarığı
• Müştərilərlə ünsiyyət təcrübəsi
• Kollektivdə işləmək bacarığı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Stresə davamlı olmalı

Vəzifələr:

• Müraciət etmiş müştərilərin suallarını vaxtında cavablandırmaq
• Daxil olan telefon zənglərini cavablandırmaq
• Kompyuterdə mətn yığmaq və çap etmək
• Verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi

İş şəraiti:

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-V günlər, şənbə- qısa iş günü, bazar- istirahət günüdür

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Operator ” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.