04 Noyabr

“Bizim Market” işçi axtarır - VAKANSİYA

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Mal qəbulu operatoru

Namizədə tələblər:

- Yaş həddi : 25-30
- Ali və ya orta ixtisas təhsilinin olması arzuolunandır
- Mal qəbulu üzrə minimum 1 il iş təcrübəsi
- Word,excel proqramlarını bilməli
- Planlaşdırma, analiz və idarəetmə bacarığı

İş barədə məlumat:

- Gələn malların fakturayla yoxlanılması
- Yoxlanılmış malların sistemə daxil edilməsi
- Satışa yararsız malların daxil olmamasına nəzarət etmək
- Malların sifarişə uyğun gəlməsini mütəmadi olaraq terminallarla izləmək
- Terminala vurulmuş malları kompyuterə işləmək
- Malların yoxlanıb qəbul edildikdən sonar uyğun olaraq depo və ya mağaza rəflərinə paylanması işlərini görmək

İş şəraiti

- İşrejimi həftənin 6 günü
- Əmək haqqı 370 AZN
- Nahar Şirkət tərəfindən verilir

Vakansiyaya müraciət üçün CV-ləri “Mal qəbulu operatoru” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Qəbul olunan e-mail sayı çox olduğu üçün başlıqsız göndərilən e-maillərə baxılmayacaq.