04 Noyabr

AGA Group işçi axtarır - VAKANSİYA

Qeydiyyatçı

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülərdən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin etmək və yüksək vəzifələrdə dəyərləndirməkdir.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və Qeydiyyatçı vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Sizdən nə istəyirik :

-Gələn ziyarətçilərin və qonaqların qarşılanması və qeydiyyata alınması
-Ziyarətçilərin məlumatlarının Bazaya daxil edilməsi
-Ziyarətçilərin və qonaqların suallarının cavablandırılması
-Xidmətin keyfiyyətli və yüksək səviyyədə göstərilməsi
-Rəhbərliyin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi

Əgər Siz :

-Ali təhsil (Magistr təhsili olanlara üstünlük verilir);
-Azərbaycan dilində sərbəst danışıq;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
-MS Office proqramları, xüsusilə Excel biliyi;

Keyfiyyətlərinə sahibsinizsə...

Biz sizin müraciətinizi gözləyirik !

-AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş yeri: Demirchi Tower, Caspian Plaza;

- İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:00-14:00;
- Əmək haqqı: 350AZN.

- Tələbələr üçün part-time iş qrafiki: 16:30 - 21:00, şənbə - 14:00-20:00
- Əmək haqqı: 200AZN.

https://agagroup.az/vakansiya.html – ünvanına daxil olaraq müvafiq vakansiya üzrə öz CV`nizi bizə göndərə bilərsiniz. Part-time işləmək istəyən şəxslərdən “bizə sualınız” bölməsində qeyd etmək xahiş olunur.