04 Noyabr

AFB Bank Çağrı mərkəzi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir

AFB Bank Çağrı mərkəzi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Bank sahəsi və ya qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir);
  • Ofis proqramları ilə işləmək bacarığı;(Microsoft word, Microsoft Excell, )
  • Bank məhsulları üzrə məlumatlara malik olması;
  • Ünsiyyətcil və Komandada işləmək bacarığı;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Stressə davamlılıq;
  • Yüksək nitq mədəniyyətinə sahib olmaq; (Sürətli çap etmək qabiliyyətinə sahib olmaq arzuolunandır)
  • Sahəyə aid olan qayda və normativləri bilmək;
  • Telefonla satış qaydalarına və mədəniyyətinə sahib olmaq;

İŞİN TƏSVİRİ:

  • Müştərilərin bank məhsulları haqqında məlumatlandırılması;
  • Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat verilməsi;
  • Müştərilərlə əlaqə saxlamaq; (Bankda mövcud məhsulların satışı məqsədilə)
  • Satış yönümlü müraciətlərin cavablandırılması və yönləndirilməsi;
  • Tələb yaranarsa müştərilərin hesabları və kartları üzrə əməliyyatların icrasını təmin etmək;
  • Sosial şəbəkələrdə müştəri sorğularının cavablandırılması;
  • Onlayn konsultasiyada müxtəlif kanallardan gələn müraciətlərin cavablandırılması.


Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Çağrı mərkəzi üzrə mütəxəssis qeydi edərək [email protected]elektron ünvanına göndərməyini xahiş edirik.