04 Noyabr

METAK işçi axtarır - VAKANSİYA

METAK "Planlama üzrə mütəxəssis" vəzifəsinə işçi axtarır.

İş barədə məlumat:

• Satış proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi;
• Verilən satış proqnozları, planlar və sifarişlərə əsasən aylıq və həftəlik istehsal planlarının çıxarılması (MPS);
• Material ehtiyaclarının planlanması (MRP), tələblərin açılması və proqramda tətbiqi;
• Hazır məhsul, xammal və material qalıqlarının yetərliliyinə davamlı nəzarət;
• İstehsalın gündəlik olaraq izlənilməsi və verilən planların yerinə yetirilməsinə nəzarət;
• Məhsulların reseptləri, avadanlıqların istehsal gücləri barədə verilən məlumatların analizi və düzgün istifadəsinə nəzarət;
• Planlamanın effektiv şəkildə aparılması üçün proseslərin analizi və təkliflərin verilməsi;
• ERP proqram üzrə istehsal proseslərinə aid məlumatların doğruluğuna nəzarət, yenilənmələrin zamanında həyata keçirilməsi;
• Analitik hesabatların hazırlanması, digər bölmələrdən planlamaya gələn sorğuların cavablandırılması;
• Əlavə olaraq tələb edilən əməliyyatların yerinə yetirilməsi və aidiyyatı əməkdaşlara texniki dəstəyin göstərilməsi.

Namizədə tələblər:

• Ali iqtisadi və ya texniki təhsil;
• Planlama təcrübəsinin olması;
• MS Office bilikləri (Excel əla səviyyədə);
• ERP proqram təminatının satış və istehsalat modullarında işləmə bacarığı (təcrübəsi).

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=104 və ya [email protected] ünvanına göndərərək, 30.09.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar..