04 Noyabr

"Sumgait Technologies Park" 3 vəzifə üzrə işçi axtarır - VAKANSİYA

Sumgait Technologies Park 3 vəzifə üzrə işçi axtarır.

1. Vəzifənin adı : Ölçü nəzarət müfəttişi

Vəzifə öhdəlikləri:

• Cizgiyə əsasən konstruksiyaların ölçülərinin yoxlanılması;
• Materialın kəsimdən sonra ölçülərinin yoxlanılması;
• Cizgiyə asasən konstruksiyalarının hissələrinin düzgün yığılmasının yoxlanılması;
• Qaynaqdan sonra əmələ gələn deformasiyaların və əyilmələrin yoxlanması;
• Geometrik ölçülərin yoxlanması;

Təhsil/Təcrübə:

• Ali Texniki təhsil;
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Rus və İngilis dillərini istifadəçi səviyyəsində bilməli;
• MS office proqramlarını yüksək səviyyədə bilməli;
• Ölçü alətlərinin dəqiq istifadə etməyi bilməli.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Ölçü nəzarət müfəttişi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

2. Vəzifənin adı: Kran maşinisti

Vəzifə öhdəlikləri:

• İstehsalat proseslərini təmin etmək üçün müxtəlif yüktutma vasitələri ilə təmin olunmuş körpülü kranları idarə edir;
• Sexlərdə işin xarakterinə uyğun olaraq verilən tapşırıqları yerinə yetirir;
• Kranın yükqaldırma vasitələrinin, əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
• Kranda aşkar olunmuş nöqsanların aradan qaldırılmasında iştirak edir;
• İşdən əvvəl kranın bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir;
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir;
• İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli;
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli;
• İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını və səliqəli yığılmasını yerinə yetirməli.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Kran maşinisti sertifikatı mütləqdir;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyat ilə təmin edilmə;
• İş qrafiki: Növbəli;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kran maşinisti” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

3. Vəzifənin adı : SƏTƏM və KN departamenti, Tibb məntəqəsi, Tibb bacısı / Tibb qardaşı

Vəzifə öhdəlikləri:

• İlk tibbi yardımın göstərilməsi;
• Tibbi avadanlıqlar ilə peşəkar səviyyədə istifadə etməli;
• Tibb məntəqəsi üçün vacib dərmanları sifariş verməli, dərmanların məqsədli istifadəsini, müvafiq qaydada uçotunun aparılmasını və saxlanılmasını təmin etməlidir;
• İşçilərin sağlamlığı barəsində vaxtaşırı hesabatlar tərtib edilməsi;

Təhsil/Təcrübə:

• Tibbi təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst istifadəçi;
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: Növbəli;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tibb bacısı / Tibb qardaşı” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.