Dövlət qurumu Baş hüquqşünas vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri
1. Qurumun müxtəlif fəaliyyət sahələrinə aid normativ-metodoloji bazasının yaradılması, təkmilləşdirilməsi və inkişaf etdirilməsində iştirak edir (hazırlayır, rəy verir, hazırlıq prosesində hüquqi təhlil aparır, məsləhətlər verir və s.);
2. Qurumun fəaliyyətinə və insitusional (infrastruktur) sahələrə dair xarici qanunvericilik üzrə məlumatları toplayır, təhlil aparır və təkliflər hazırlayır;
3. Qanunvericilikdə hüquq kolliziyaların aradan qaldırılması üçün müvafiq təhlil işlərini aparır və təkliflər hazırlayır;
4. Qurumun normativ xarakretli aktlarının və daxili hüquqi sənədlərinin sistemləşdirilməsini həyata keçirir, vaxtaşırı inventarizasiya işlərini aparır, müvafiq təkliflər hazırlayır;
5. Qurumun dövlət satınalmaları üzrə işinin təşkilinə hüquqi dəstək göstərir;
6. Qurumun əmək münasibətlərinin hüquqi təminatının həyata keçirilməsində iştirak edir;
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (Hüquq sahəsində)
- İş təcrübəsi: +3 il
- MS Office proqramlarını – yaxşı səviyyədə
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Baş hüquqşünas yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq