Evimiz Mağazası Satış Təmsilçisi vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
• Müştəriləri qarşılamaq və onlara müvafiq köməklik göstərmək;
• Müştəriləri stendlərə və ya rəflərə kimi müşayiət etmək və məhsulları təqdim etmək;
• Məhsullar haqqında məlumat verərək müştərilərə məsləhətlər vermək;
• Müştərilərin etimadını qazanmaq üçün onlara məhsullar təklif etmək və fikirləri bölüşmək;
• Müştərilərə yüksək səviyyədə xidmət olunması, Kateqoriya meneceri, Satış və Marketing Meneceri tərəfindən keçirilən təlimlərdə iştirak etmək və satış texnikalarından istifadə etmək;
• Məhsulların mövcudluğu barədə məlumatlı olmaq;
• Həftəlik, aylıq və rüblük satış kvotasını doldurmaq;
• Məhsulların satışı barədə məlumatlı olmaq və müştərilərlə yaranan problemləri araşdırmaq;
• Ehtiyac olarsa komandanın digər üzvlərinə əməliyyatlarla bağlı köməklik göstərmək;
• Kateqoriyalar üzrə məhsulların satış trendlərinin analizində Kateqoriya Menecerinə kömək etmək;
• Vizual Reklam üzrə mütəxəssisə məhsulların müvafiq kateqoriyalar üzrə yerləşdirilməsində kömək etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
• Satış sahəsi üzrə 2-3 il iş təcrübəsi;
• Yüksək ünsiyyət qurma qabiliyyəti və inandırma bacarığı;
• Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Dil bilikləri: Azərbaycan və Rus.
Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər https://careers.gilanholding.com/v/4320