Sığorta Hadisələri Departamenti - mütəxəssis
[email protected]
Namizədə tələblər:
Yaş həddi: 25-30
Namizədlər: xanım və bəy
Dil məlumatları: Azərbaycan və rus
Əmək haqqı: 250-350 AZN
Təhsil: ali
İş barədə:
Daxil olan iddia ərizələrini (əlavə olunmuş digər sənədləri) nəzərdən keçirmək və ərizədə qeyd olunan hadisənin sığorta hadisəsinə aid olub olmamasını müəyyənləşdirmək;
Zərərlərin tənzimlənməsi üçün Azərbaycan Respublikasının sığorta sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən sənədləşməni aparmaq;
İddiaların tənzimlənməsinə aid, qüvvədə olan əmr eləcə də digər normativ sənədlərə dəyişikliklər və tənzimləmə prosedurunun təkmilləşdirilməsi barədə təkliflər vermək;
Sığorta ödənişlərindən və sığorta hadisələrindən yaranan müştəri şikayətlərini toplamaq, təhlil etmək və rəhbərliyə məruzə etmək;
Sığorta qanunvericiliyində baş verən dəyişiklikləri nəzərə almaqla iddiaların tənzimlənməsinə aid olan hissədə onları tətbiq etmək;
Baş vermiş sığorta hadisələri ilə əlaqədar müxtəlif problemlərlə üzləşən müştərilərini qəbul etmək və problemlərin aradan qaldırılması üçün tədbirlər görmək;
Qiymətləndirmələrin dəqiq və düzgün tərtib etmək;
Müdiriyyət tərəfindən verilən tapşırıqları ən qısa zamanda yerinə yetirmək, yerinə yetirilməsi hər hansı bir səbəbdən ləngiyən tapşırıqlar barədə müdiriyyətə dərhal məlumat vermək.
CV göndərmək üçün e-mail ünvan: [email protected]
Tel:(012)930
@standardinsurance_
www.standardinsurance.az