04 Noyabr

"Lexus Baku" vakansiya elan edir

"Lexus Baku" Çilingər-motorist vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifələri və cavabdehlikləri:

- Standartlara uyğun, təhlükəsiz və səmərəli şəkildə yoxlama, təmir, dövri xidmət və quraşdırma işlərini yetirir. Standartlara müvafiq yerli Şirkətin təsdiq etdiyi təhlükəsizlik texnikası və əməyin mühafizəsinə dair təlimatlarını yerinə yetirir.
- Göstərilən xidmətlər idarəolunmanı, asqı sistemini, razval və nizamlama işlərini, sükan mexanizmini, istilik və soyutma sistemini, əyləc və xaricetmə sistemini və s. özündə cəmləşdirir.

- Əlavə işlər barədə Müştərinin xəbərdar edilməsi üçün Servis Məsləhətçisinə və ya Supervayzerə məlumat verməlidir.
- Xidmət və təmir işlərini təyinatına uyğun yüksək keyfiyyətlə yerinə yetirməli və görülmüş işlərin keyfiyyətinin yoxlanılması məqsədilə və ya yol şəraitində sınağı üçün Servis üzrə Menecerə təhvil verməlidir.

TƏHSİL

• Tam və ya natamam ali təhsil.
• Hazırlıq kursları və ya avtomobil sahəsi üzrə treyninq və sertifikatlar.
• Sürücülük vəsiqəsi.

TƏCRÜBƏ

Uyğun sahədə ən az 3 il iş təcrübəsi tələb olunur
Avto çilingərlik üzrə peşə təhsili olan şəxslərə üstünlük verilir.
Lazımi alətlərdən istifadə etmək bacarığı.

İŞ ŞƏRTLƏRİ:

İş qrafiki: 09:00-18:00
Şənbə günü - qısa gün,
İstirahət günləri: hər həftənin bazar günləri

CV-nizi [email protected] ünvanına məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını qeyd edib göndərməniz xahiş olunur. CV-də şəklin olması vacibdir.