04 Noyabr

"AFB Bank" üç vəzifə üzrə işçi axtarır - VAKANSİYA

1. AFB Bank İT İnfrastrukturuna Sistem və Şəbəkələrin idarə olunması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Aparıcı mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil
  • Server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının yüklənməsi və sazlanması;
  • Ethernet, İP və şəbəkə cihazlarının iş prinsipləri üzrə nəzəri və praktik biliklər;
  • Linux, Unix sistemlərinin iş prinsipləri üzrə dərin nəzəri və praktik biliklər;
  • Active Directory, Exchange mail, File, Print server üzrə dərin nəzəri və praktik biliklər;
  • Sistem təhlükəsizliyi üzrə biliklər;
  • Qərar vermə və Ünsiyyət qurma qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

  • İT Sistemlərinin iş performansına nəzarət olunması və yaranmış problemlərin həll edilməsi;
  • İT Təhlükəsizliyi ilə bağlı sistemlərə nəzarət olunması;
  • Logların araşdırılması;
  • Sistemlərin yenilənmələrini həyata keçirmək;
  • Sistemlərin ehtiyatlarının (backup) alınması;
  • Rəhbərlərə hesabatların təqdim olunması;
  • Yeni texnologiyalar barədə təlimlərin keçirilməsi;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Sistem və Şəbəkələrin idarə olunması üzrə aparıcı mütəxəssis qeydi edərək [email protected]elektron ünvanına göndərməyi xahiş edirik.

2. AFB Bank İT İnfrastrukturuna Texniki dəstək üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Aparıcı mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Noutbuk, masaüstü kompüterlər, periferik qurğuların və proqram təminatlarının quraşdırılması, yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək
  • Ethernet, IP və şəbəkə cihazlarının iş prinsiplər barədə ilkin biliklər;
  • Windows Server, Active Directory və Group Policy barədə ilin biliklər;
  • Windows 7,8,10 əməliyyat sistemlərinin yazılması və çıxan problemlərin həll olunması;
  • Şəbəkə və server avadanlıqlarının fiziki quraşdırılması;
  • Təşəbbüskar, diqqətli və məsuliyyətli olmaq, İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı.

İŞİN TƏSVİRİ:

  • İstifadəçilərin İT problemlərini həll etmək;
  • Proqram təminatlarının quraşdırılması və sazlanması;
  • Server və şəbəkə avadanlıqlarının fiziki quraşdırılması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Texniki dəstəküzrə aparıcı mütəxəssis qeydi edərək [email protected]elektron ünvanına göndərməyinizi xahiş edirik.

3. AFB Bank Filiallar üzrə Kassir vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Kassir

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
• Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

İŞİN TƏSVİRİ:

• Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
• Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
• Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək [email protected]elektron ünvanına göndərməyini xahiş edirik.