04 Noyabr

AFB Bank Əməliyyatçı vəzifəsinə vakansiya elan edir

AFB Bank Filiallar üzrə Əməliyyatçı vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Əməliyyatçı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

İŞİN TƏSVİRİ:

  • Bankın hüquqi və fiziki şəxs müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, əməliyyatlar aparmaq və bağlamaq;
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  • Müştəri hesabları üzrə bütün əməliyyatları və sərəncamları icra etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Əməliyyatçı qeydi edərək [email protected]elektron ünvanına göndərməyi xahiş edirik.