"Akabe İnşaat" Satınalma üzrə mütəxəssis vəzifəsinə işçi axtarır
Tələblər:
∙ Ali təhsil
∙ Qeyd edilən sahədə minimum 2-3 il təcrübə
∙ Gömrük qaydalarını bilməli
∙ Azərbaycan, rus, ingilis dillərində sərbəst danışıq
∙ Kollektivdə işləmə bacarığı
∙ Stres vəziyyətində işləmə bacarığı
∙ Məsuliyyətli, diqqətli və ciddi olmalı
Vəzifə öhdəlikləri:
∙ Şirkətin satınalma , logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrinin təşkili
∙ Yük daşınmalarında kiçik tenderlərin təşkili və davamlı olaraq sərfəli daşınma yollarının axtarılması
∙ Yüklərin daşınmasına nəzarət ,gömrükləşdirmə məsələlərinin təşkili , bazar araşdırması və təchizatçılarla görüş
∙ Beynəlxalq şirkətlər , partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması
∙ Rəhbərlikdən görəcəyi işlər barədə tapşırıqlar alaraq yerinə yetirmək
İş şəraiti:
İş günü: 6 gün (6-ci gün qısa gün, bazar-bayram günləri istirahət)
Əmək haqqı: 600-900 AZN (müsahibə əsasında)
İş yeri: Binəqədi şossesi 12, Rəsulzadə qəsəbəsi
Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlər [email protected] e-mail ünvanına “Satınalma üzrə mütəxəssis" qeyd etməklə CV göndərə bilər.