1. Bank Respublika ASC Hesab üzrə mütəxəssis (Qax filialı) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Yüksək ünsiyyət bacarığı;
- Azərbaycan dili-əla (yazılı və şifahi );
- Komputer bilikləri. Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
- Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
- Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
- Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
- Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 yanvar 2019-cu il tarixinədək, email-in mövzu hissəsində Hesab üzrə mütəxəssis (Qax filialı) qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
2. Bank Respublika ASC«Xaçmaz regionu üzrə istehlak kreditləri mütəxəssisi»vəzifəsi üzrə vakansiyalar elan edir.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Satış və ehtiyacların təyin edilməsi bacarığı;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Ümumi vəzifə öhdəlikləri:
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 yanvar 2019-cu il tarixinədək, email-in mövzu hissəsində Xaçmaz regionu üzrə istehlak kreditləri mütəxəssisi qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
- Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
- Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.