04 Noyabr

"PASHA Holding" işçi axtarır - VAKANSİYA

PASHA Holding Hökumət Qurumları ilə Əlaqələr və KSM departamentinə KSM və brendinq üzrə köməkçi vakansiyasını doldurmaq üçün namizədləri dəvət edir.

İşin təsviri:

• Qrup daxili KSM layihələrinin təşkilinə kömək edilməsi;
• Qrup daxili Team-building (KSM komandaları arası) tədbirinin təşkilinə yardım edilməsi;
• Departamentin Əməliyyat planında olan layihələrdə yaxından iştirak edilməsi;
• Qrup daxili proseslərə uyğun olaraq brendin tanıtımına dair işlərdə iştirak edilməsi;
• Müsafirlərlə və Strateji Aktivlərin nümayəndələri ilə olan görüşlərin təşkil edilməsi;
• Əməliyyat planının izlənməsi və hesabatının vaxtında hazırlanması

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Humanitar sahələr üzrə bakalavr dərəcəsi, Magistr dərəcəsi üstünlükdür;
• Uyğun sahə üzrə 2 ilə qədər peşə təcrübəsi;
• Azərbaycaç Rus və İngilis dillərində səlist danışmaq;
• Microsoft Office proqramlarından istifadə;
• Sosial Məsuliyyət Layihələrində / QHT / Tədbirlərin təşkilində təcrübə üstünlükdür.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “KSM və brendinq üzrə köməkçi” qeyd olunmalıdır;
• CV-lər 10 yanvar, 2019-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.